Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Radamel Falkao qış fasiləsində komandasını dəyişməyə hazırlaşır.
Ulduz futbolçu karyerasını ABŞ-da davam etdirməyə yaxındır.
Kolumbiya millisinin üzvü MLS klubu "İnter Mayami" ilə danışıqlara başlayıb. 34 yaşlı forvardın cari mövsümdəki çıxışından məmnun qalmayan "cim-bom" da bu transferin əleyhinə deyil. Mövsümlərarası fasilədə koronavirus pandemiyası və həyat yoldaşının hamilə olması səbəbindən "İnter Mayami"yə "yox" cavabını verən Falkao amerikalıların növbəti təklifini dəyərləndirməyə başlayıb.
Yüksək məbləğdə maaşını və transferdən qazanılacaq məbləği nəzərə alan İstanbul təmsilçisi əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu ABŞ klubundan rəsmi təklif gözləyir.
Qeyd edək ki, Radamel Falkaonun "Qalatasaray"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir























.jpg)
.jpg)










.jpg)



















