AFFA Polşada "Legiya" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının pley-off oyunu ilə əlaqədar UEFA-ya müraciət ünvanlanıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu addım son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətləri nəzərə alınaraq atılıb.
Müraciətdə Avropa Liqasında qrup mərhələsinin 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki "Josy Barthel" stadionunda keçirilmiş "Düdelanj" – "Qarabağ" oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, "Legiya" – "Qarabağ" oyununda ermənilərin siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA-nın qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşması vacibdir.
Qeyd edək ki, oktyabrın 1-də Polşanın paytaxtı Varşavadakı "Wojska Polskiego" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































