UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində "Qarabağ" - "Molde" (Norveç) oyunu keçirilib.
Oxuməni.az xəbər verir ki, ilk hissə komandamızın üstünlüyü ilə davam edib. Ağdamlıların qol vurmaq şansı olsa da, hesabı aça bilməyiblər.
Matçın 90 dəqiqəlik əsas hissəsində hesab açılmadığından reqlamentə əsasən qalibi müəyyən etmək üçün hərəsi 15 dəqiqə olmaqla iki hissə oynanılıb.
Oyunun 102-ci dəqiqəsində "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev komanda yoldaşı Donald Geryenin kobud oyunundan sonra təyin olunmuş penaltidən sonra Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.
"Qarabağ" – "Molde" matçında hər biri 15 dəqiqədən ibarət iki hissəlik bölümdə də qapılara qol vurulmayıb.
Penalti seriyasında "Molde" daha dəqiq olub - 6:5. "Qarabağ"dan penaltini Bədavi Hüseynov dəqiq yerinə yetirə bilməyib.
Beləliklə, "Molde" UEFA Çempionlar Liqasında pley-offa yüksələrək Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub. Çıxışını UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək "Qarabağ"ın rəqibi isə hələ müəyyənləşməyib.
Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın "Şerif" komandasını mübarizədən kənarlaşdırıb - 2:1.
"Molde" isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın "Cele" klublarından güclü olub - 2:1.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir























.jpg)
.jpg)










.jpg)



















