Futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümündə istifadə olunacaq top ictimaiyyətə təqdim edilib.
Oxuməni.az xəbər verir ki, "Adidas" şirkətinə məxsus olan "Finale 20" adlı topun üzərində qırmızı və göy rənglər yer alıb. Top ilk dəfə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu həftə keçiriləcək oyunlarda istifadə olunacaq.
Turnirin qrup mərhələsinin oyunları oktyabrın 20-də, final görüşü isə 2021-ci ilin mayın 29-da İstanbulda oynanılacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ" sentyabrın 16-da "AEK Arena"da Norveçin "Molde" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) – "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.
Rüfət
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















