AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna növbəti seçki keçirilib.
Oxuməni.az xəbər verir ki, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.
Tədbirdə "Qarabağ"ı direktor Emrah Çelikel, "Neftçi" və "Qəbələ"ni müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, "Keşlə" və "Sabah"ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, "Zirə" və "Səbail"i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil ediblər.
"Sumqayıt"ı təmsil etməli olan nümayəndə tədbirdə iştirak edə bilməsə də, rəsmi məktubla seçimini indiki prezidentin lehinə edib.
Nəticələrə əsasən, Peşəkar Futbol Liqasının hazırki prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni postda fəaliyyət göstərəcək. Belə ki, klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs veriblər.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















