Yaponiya hökuməti Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün ölkəyə gələn idmançıları iki həftəlik karantindən azad etmək niyyətindədir.
Oxuməni.az-ın verdiyi məlumata görə, hazırda hökumət bu variant üzərində işləyir.
Yaponiyalı məmurlar hesab edirlər ki, hazırda koronavirusun yayılmasına qarşı tətbiq olunan təcridetmə idmançıların emosional və fiziki durumlarına mənfi təsir göstərəcək.
Hökumət, idmançılara, məşqçilərə, hakimlərə və birbaşa oyunlarla əlaqəli olan digər şəxslə Olimpiya kəndinin hüdudlarını tərk etməmələri tövsiyəsini nəzərdə tutan qaydaları müəyyənləşdirmək istəyir.
Koronavirusa qarşı tədbirlər üzrə işçi qrupun olimpiya və hökumət rəsmilərindən ibarət işçi qrupun ilk iclası bu gün olacaq. İclas sərhət nəzarəti antivirus proflaktikası və yoluxma hallarına qarşı tədbirlərə həsr ediləcək. Bundan başqa komissiya idmançılar və rəsmi şəxslərin yarışlar zamanı izlənilməsi üçün yeni mobil tətbiqin mümkünlüyünü nəzərdən keçirəcək.
Oyunlar dövründə gəliş-gediş üçün isə əsas tələb mənfi koronavirus testinin mövcudluğu olacaq. Yaponiya tərəfi məsləhətləşmələrin gedişində idmançılar üçün olimpiada öncəsi bilavasitə təlim-məşq toplanışlarının keçirilmə qaydalarını işləyib, hazırlamalıdır. Gündəlikdəki digər mövzular infeksiya hallarının artacağı təqdirdə xəstəxanalar üçün lazımı sayda çarpayıların təmin olunması və atletlərin idman obyeklərində sağlamlıq durumlarının yoxlanılması üçün yerlərin təşkilidir.
Güman edilir ki, komissiya stadionlarda azarkeş sayının azaldılma variantını da müzakirəyə çıxara bilər. Lakin bu, pandemiyada enişin baş verməyəcəyi təqdirdə olacaq.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 - 8 avqust 2021-ci ilə təxirə salınıb.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































