Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Oxuməni.az-ın məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.
Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu "Neftçi"nin mümkün rəqibi müəyyənləşib. II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubu ilə görüşəcək bakılılar turu adlasa, "Renova" (Şimali Makedoniya)/"Hayduk" (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.
Sentyabrın 17-də baş tutacaq "Neftçi" – "Qalatasaray" oyununun qalibi növbəti raundun görüşünü evdə keçirəcək. Əvvəlki mərhələlər kimi bu dəfə cütün taleyi bir matçda həll olunacaq. Görüş sentyabrın 24-də baş tutacaq.
Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkupi" klubuna 2:1 hesabı ilə qalib gəlib.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































