Ağdamın "Qarabağ" klubunun futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixində ən yaxşı 50 bombardir siyahısında yer alıb.
Oxuməni.az xəbər verir ki, aktivində 43 qol olan hücumçu siyahıda özünə yer təmin edib. Azərbaycan Premyer Liqanın 2020-2021-ci il mövsümünün birinci turunda "Sabah" ilə görüşdə (2:0) dubl edən hücumçu siyahıya düşməyi bacarıb. M.Emreli bu göstəriciyə 120-ci oyunda nail olub. O, çempionatdakı qol sayında hərəyə 42 qol vuran Bəxtiyar Musayev və Branimir Subaşiçi, həmçinin bunadək eyni sayda fərqləndiyi Baqali Dabo, Fazil Əsədov və Leandro Qomeşi arxada qoyub. Mahir 43 qol vuran Elmir Xankişiyevə çatıb. Bu cütlük bombardirlər cədvəlində 48-49-cu yerləri bölüşür.
Bu qolların hamısını "Qarabağ"ın forması ilə vuran Mahir Emreli Premyer Liqada 2014-2015-ci il mövsümündə "Bakı"nın heyətində debüt edib.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində bombardirlər siyahısına 183 qol vuran Nazim Əliyev başçılıq edir.
Həmid
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















