“Qarabağ” 20,500 xalla UEFA-nın reytinqində 62-ci pilləyə yüksəlib

“Qarabağ” 20,500 xalla  UEFA-nın reytinqində 62-ci pilləyə yüksəlib

Futbol klublarının yeni UEFA reytinqi açıqlanıb.
Oxuməni.az xəbər verir ki, Azərbaycan klublarının mövqelərində dəyişiklik olub. Ağdamın "Qarabağ" klubu 20,500 xalla 62-ci pilləyə yüksəlib.

"Styaua" (Rumıniya), "Milan" (İtaliya) və "Standard" (Belçika) da eyni xalla 62-65-ci pillələri bölüşürlər.
Bu il avrokuboklarda iştirak etməyən "Qəbələ" 4 pillə geriləyərək 182-193-cü pillədə qərarlaşıb. Təmsilçimizin hesabında 5,500 xalı var.

Avropa Liqasında "Şkupi"ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən "Neftçi" (5,000 xal) 11 pillə irəliləyərək 212-215-ci yerləri bölüşür.

Qeyd edək ki, klubların siyahısına "Bavariya" (Almaniya) başçılıq edir.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az