Almaniyanın "Bavariya" klubu tarixində 6-cı dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Oxuməni.az-ın verdiyi xəbərə görə, Münhen təmsilçisi 11-ci dəfə çıxdığı həlledici qarşılaşmada Fransa PSJ-sini məğlubiyyətə uğradıb - 1:0. Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luş" stadionunda keçirilmiş görüşdə yeganə qolu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Fransalı yarımmüdafiəçi yetirməsi olduğu klubu məyus edib.
Bununla da Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv 7 ildən sonra Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib.
Çempionlar Liqasının bombardiri adına isə "Bavariya"nın hücumçusu Robert Levandovski sahib olub. O, 11 oyuna 2-si penaltidən olmaqla, 15 qol vurub və 6 məhsuldar ötürmə verib. Polşalı forvarda 2013/2014 mövsümünün bombardiri olmuş Kriştianu Ronaldunun rekordunu təkrarlamaq üçün 2 top çatmayıb.
Digər tərəfdən, 1998-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının final matçı 1:0 hesablı nəticə ilə yekunlaşıb. 22 il əvvəl finalda İspaniya "Real Madrid"i İtaliya "Yuventus"unu bu hesabla yenib.
Qeyd edək ki, avqustun 21-də İspaniya "Sevilya"sı finalda İtaliya "İnter"ini 3:2 hesabı ilə yenərək, Avropa Liqasının qalibi olub. Beləliklə, sentyabrın 24-də Macarıstanın paytaxtı Buxarestdəki "Puşkaş Arena"da "Bavariya" və "Sevilya" arasında UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
"Bavariya" daha əvvəl 1974, 1975, 1976, 2001 və 2013-cü illərdə Çempionlar Liqasını qazanıb.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































