"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq".
Oxuməni.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının açılış turunda "Sabah"la keçirilən oyunu dəyərləndirərkən deyib.
Son çempion "Azersun Arena"da baş tutan qarşılaşmada rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb.
Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Bu rəqibə qarşı mübarizə aparmaq vacib idi. Onlarla iki yoxlama görüşü keçirmişdik, "Sabah"ın gücünü görmüşdük. Aqressiv, pressinq tətbiq edən komandadır. 4 gün sonra çox vacib oyunumuz var. Amma bütün diqqətimiz bugünkü matça idi. Düşünürəm ki, maraqlı, yaxşı mübarizə oldu".
- "Şerif"lə oyuna qədər yeni transfer gözlənilir?
- Bir transfer ola bilər. Amma alınıb-alınmayacağını dəqiq deyə bilmərəm. İndi oyunçu almaq asan deyil. İndiki dönəmdə razı salmaq, başqa ölkəyə yollansın, çətindir. Hərə öz ailəsinin yanında olmaq istəyir. Bir çox futbolçu ölkəsindən kənara çıxmaq istəmir, pandemiyaya görə ölkəsində qalmağı üstün tutur.
- "Şerif"lə son 3 ildə 3-cü dəfə qarşılaşacaqsınız. Bunun sizin üçün simvolik mənası var?
- İki oyunun nəticəsinə görə qalib gəlmişdik. Oyunlarına baxmışam. 17 legionerləri var, birini də yeni aldılar. İstəkli komandadır. Həddən artıq ciddi olmalı və intizamlı oyun göstərməliyik. Bizi ciddi rəqib gözləyir.
Oxuməni.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
























.jpg)


















.jpg)





