Futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün final görüşü keçirilib.
Oxuməni.az xəbər verir ki, Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda baş tutan görüşdə İtaliyanın "İnter" klubu İspaniyanın "Sevilya" komandası ilə qarşılaşıb.
Görüş "Sevilya" komandasının 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb.
"Sevilya"nın heyətində Luk de Yonq (2), Dieqo Karlos, "İnter"in isə Romelu Lukaku və Dieqo Qodin fərqləniblər.
Beləliklə, "Sevilya" finalda qalib gələrək tarixində 6-ci dəfə UEFA Avropa Liqasının qalibi adı qazanıb. Komanda bu günə kimi beş dəfə - 2006-cı, 2007-ci, 2014-cü, 2015-ci, 2016-cı illərdə finala çıxıb və hamısında qalib gəlib.
"İnter" isə dörd dəfə həlledici görüşdə oynamaq hüququ qazansa da, onların üçündə (1991, 1994, 1998) qalib gəlib.
"Sevilya" və "İnter" komandaları avrokuboklarda ilk dəfə üz-üzə gəliblər. İspaniyalılar buna qədər İtaliya təmsilçiləri ilə 13 dəfə qarşılaşıblar. "Sevilya" bu görüşlərin 6-da qələbə qazanıb, 2-də isə heç-heçəyə nail olub.
Xatırladaq ki, "Sevilya" yarımfinalda İngiltərənin "Mançester Yunayted" klubunu (2:1), "İnter" isə Ukraynanın "Şaxtyor Donetsk" komandasını (5:0) məğlub edərək finala vəsiqə qazanıb.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

























.jpg)
.jpg)










.jpg)

















