Avrokubokların dünən keçirilən təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.
Oxuməni.az-ın məlumatına görə, siyahıda ümumilikdə 430 komanda yer alıb.
Çempionlar Liqasının I təsnifat mərhələsində 5, Avropa Liqasında isə ilkin mərhələnin 1 matçının nəticəsi cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycanın ən yaxşı təmsilçisi "Qarabağ" reytinqdə irəliləyib.
"Sileks" üzərində 4:0 hesablı qələbə qazanan Ağdam Türkiyə təmsilçisi "Fənərbaxça" ilə yerini dəyişərək, onu geridə qoyub. Qurban Qurbanovun yetirmələrinin son 5 mövsümün nəticəsinə əsasən hesabı 20,000-a çatıb. Təmsilçimiz hazırda "Feyenoord" (Niderland) və "Styaua" (Rumıniya) ilə 64-66-cı yerləri bölüşür.
Həmçinin "Atletik", "Qalatasaray", "Everton", "Bordo", "Trabzonspor" və digər tanınmış klublar Azərbaycan çempionundan aşağı pillədə yer alıblar.
Siyahıda təmsilçilərimizdən "Qəbələ" 177-187-ci yerləri bölüşürsə, "Neftçi" üçüncü "yüzlük"də qərarlaşıb. Bakı təmsilçisi 221-227-ci pillələrə şərikdir. Digər klublarımız isə "300-lük"dən kənarda qalıb.
Qeyd edək ki, reytinqə İspaniya "Barselona"sı başçılıq edir. "Bavariya" (Almaniya) və "Real" (İspaniya) 2-3-cü yerləri bölüşürlər.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































