UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Oxuməni.az-ın məlumatına görə, bu raundun son oyununda İngiltərənin "Mançester Siti" klubu ilə Fransa "Lion"u üz-üzə gəlib. Qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı "Joze Alvalade" stadionunda baş tutub.
3:1 hesabı ilə qələbə qazanan "Lion" yarımfinala yüksəlib.
Görüşdə hesab 24-cü dəqiqədə açılıb. "Lion"un heyətində Maksvel Korne fərqlənib. Birinci hissədə qapılara başqa qol vurulmayıb. İngiltərə təmsilçisi 69-cu dəqiqədə hesabı bərabərləşdirə bilib. Kevin De Bröyne dəqiq oynayıb. "Şəhərlilər" 10 dəqiqə sonra yenidən mərkəzə dəvət olunub. Meydana yeni daxil olan Mussa Dembele "Lion"u önə keçirib. 24 yaşlı hücumçu 87-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb.
"Lion" yarımfinalda "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.
Oxuməni.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
























.jpg)


















.jpg)





