Futbol üzrə İngiltərə kuboku (FA) uğrunda yarışın final görüşü oynanılıb.
Oxuməni.az xəbər verir ki, "Uembli" stadionunda Londonun iki təmsilçisi - "Arsenal" və "Çelsi" komandaları üz-üzə gəliblər.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə "Arsenal" klubu 2:1 hesabı ilə qalib gəlib.
Oyunda hesabı "Çelsi" komandası erkən qolla açıb. Matçın 5-ci dəqiqəsində Kristian Pulişiçin zərbəsi dəqiq olub - 0:1. Görüşün 28-ci dəqiqəsində Kiyeran Tierneyin ötürməsində sonra Pyer Emerik-Obameyanq qapıçı ilə üzə-üzə qalıb. Lakin "Çelsi"nin müdafiəçisi və kapitanı Sezar Azpiliketa cərimə meydançasında rəqibinə qarşı kobud oynayıb. Matçın baş hakimi videonəzarət sisteminə (VAR) baxdıqdan sonra "Çelsi"nin qapısına 11 metirlik cərimə zərbəsi təyin edib. Zərərçəkən zərbəni dəqiq yerinə yetirib - 1:1. Qarşılaşmanın 68-ci dəqiqəsində "Arsenal" klubu qələbə topunu vurub. Nikolas Pepenin ötürməsindən sonra Obameyanq fərdi ustalığı sayəsində topu qapıçının başı üzərindən qapıya göndərib. Beləliklə, qabonlu hücumçu dublunu rəsimləşdirərək oyunda son nöqtəni qoyub – 2:1.
Oyunun 73-cü dəqiqəsində "Çelsi" klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç ikinci dəfə sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.
Beləliklə, 2:1 hesabı ilə qalib gələn "Arsenal" tarixində 14-cü dəfə İngiltərə Liqa kubokunu başı üzərinə qaldırıb. Komanda bu göstərici üzrə öz rekordunu yeniləyib.
Xatırladaq ki, "Arsenal" yarımfinalda "Mançester Siti"ni (2:0), "Çelsi" isə "Mançester Yunayted"i (3:1) məğlub edib.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































