"Microsoft" şirkətinin qurucusu Bill Geyts "Formula 1" üzrə dünya çempionatında Avstriya Qran-prisinin fəxri qonağı olacaq.
Oxuməni.az "GrandPx" nəşrinə istinadən xəbər verir ki, mövsümün ilk yarışının açılışını məhz amerikalı maqnat edəcək.
Onu Qran-priyə Avstriyanın "Red Bull" şirkətinin sahibi, milyarder Ditrix Mateşits şəxsən dəvət edib. Komandanın avtoidman üzrə məsləhətçisi Helmut Marko isə məlumatı şərh etmək istəməyib.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.
Avstriya Qran-prisi 3 - 5 iyul və 10 - 12 iyulda keçiriləcək.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

























.jpg)
.jpg)










.jpg)

















