"Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən onlayn Qran-Pri turniri başa çatıb.
Mediainfo.az xəbər verir ki, turnirdə ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. Ötən il on dörd yaşlı oğlanlar arasında dünya çempionatının, on altı yaşadək şahmatçılar arasında olimpiadanın və bu il keçirilmiş "Aeroflot Open" beynəlxalq turnirinin qalibi olmuş A.Süleymanlı onlayn Qran-Pri turnirində birinci yeri tutub. Elmar Atakişiyev ikinci, Atilla Eynullayev üçüncü pillədə qərarlaşıblar.
"www.chess.com" internet portalı üzərindən keçirilən və yeddi mərhələdən ibarət olan turnirdə ümumilikdə 330 şahmatçı mübarizə aparıb.
Yarış karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədi daşıyır.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















