Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Qran-prisinin yenidən təxirə salınma riskini göz önünə gətirərək "Formula 1" şirkəti ilə yeni müqavilə bağlayıb.
Mediainfo.az-ın məlumatına görə, bu barədə BŞH-nin icraçı direktoru açıqlama verib. O bildirib ki, yarışın yeni tarixini koronavirus təhlükəsi sovuşduqdan sonra təsdiqləyəcəklər. Üstəlik, A.Rəhimovun fikrincə, Qran-priyə hazırlıq üçün azı 10 - 12 həftə lazım gələcək.
BŞH rəsmisi və digər promouterləri belə ehtiyatlı danışmağa 13 - 15 martda keçirilməli olan Avstraliya Qran-prisinin yarış başlar-başlamaz təxirə salınması vadar edib. Onlar bildirirlər ki, hər hansı mərhələ bu cür təxirə salındıqda satılmış biletlərin pulunu azarkeşlərə qaytarmaq lazım gəlir. Bu isə çox çətindir. Çünki həmin pulla müvəqqəti quraşdırmaq üçün tribunalar alınır.
Digər tərəfdən, xaricdən gələn tamaşaçıları biletləri öncədən almağa, otel bron etməyə inandırmaq lazımdır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. Yarış qeyri-müəyyən müddətə təxirə salınıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















