Avqustun 30-na planlaşdırılan Formula 1 Belçika Qran-Prisi təşkil olunmaya bilər. Yürüşün keçirilməsinə 4 ay qalmasına baxmayaraq, Qran-Prinin taleyi ilə bağlı müəyyən suallar yaranıb.
Mediainfo.az xarici KİV-lərə istinadla xəbər verir ki, Belçika hökuməti koronavirus pandemiyasına görə, karantin rejiminin vaxtını uzadıb. Həmçinin avqustun 31-dək ölkədə təşkil ediləcək bütün idman yarışları qadağan edilib. Belə olan halda yarışın azarkeşsiz keçirilməsi gündəmə gəlib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının yeni mövsümünün startı gecikir. Belə ki, artıq Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Azərbaycan da daxil olmaqla, Vyetnam, Bəhreyn, Çin, İspaniya, Niderland və Kanada mərhələləri qeyri-müəyyən vaxta təxirə salınıb. Fransa Qran-Prisinin keçirilməsi isə sual altındadır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































