"Formula 1"in idman direktoru Ross Braun 2020-ci il mövsümündə fövqəladə hallar üçün planlar hazırlayıb.
Mediainfo.az-ın "Auto-Motor Sport"a istinadən verdiyi məlumata görə, cari mövsüm üçün 8 - 19 Qran-prinin təşkili nəzərdə tutulub. Real təqvim isə özündə 15 mərhələni əks etdirir. Hazırda iyunun 28-nə nəzərdə tutulmuş Fransa Qran-prisinin də təxirə salınması gündəmdədir. Bu səbəbdən, mövsümə iyulda Avstriya və ya Böyük Britaniyada başlanılacaq. Avqustda Macarıstan, Niderland, Belçika və ya İtaliyada olmaqla, 3 Qran-pri nəzərdə tutulub. Lakin Niderland "Formula 1" təqviminə yenidən qayıdığını azarkeşsiz qeyd etməyəcəyini bildirib.
Avropadan sonra diqqətlər şərqə yönələcək. Sentyabrda Sinqapur, Rusiya və təxirə salınmış Azərbaycan Qran-prisinin təşkili gerçəkləşə bilər. Oktyabrda Yaponiya, Vyetnam və Çin Qran-priləri gözlənilir. Noyabrda növbə ABŞ, Meksika və Braziliyaya yetişəcək. Mövsümə isə dekabrda Bəhreyn və Abu Dabi Qran-priləri ilə yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda nəzərdə tutulmuşdu.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































