FIFA-nın vitse-prezidenti Viktor Montalyani koronavirus pandemiyası səbəbindən təxirə salınan beynəlxaq oyunların bərpa olunması ilə bağlı fikirlərini bölüşüb.
Mediainfo.az-ın məlumatına görə, kanadalı funksioner beynəlxalq matçların 2021-ci ildən əvvəl başlamasının qeyri-mümkünlüyü fikrini ifadə edib.
"İnanıram ki, yerli futbol prioritetdir. Sentyabr hələ planlardadır, amma buna əmin deyiləm. Çünki indi hər şey dəyişir. Beynəlxalq sərhədləri keçərkən problemlər ola bilər. Futbol qarşılaşması üçün yaşıl işıq olarsa, azarkeşlərlə baş tutacağına şübhə edirəm. Mən, sadəcə onu görmürəm, düşünürəm kİ, bu, çox böyük bir riskdir" deyə Montalyani vurğulayıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus çempionatı istisna olmaqla, bütün yarışlar dayandırılıb. Dünyada isə Burundi, Tacikistan, Nikaraqua və Tayvanda yarışlar keçirilir.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















