FİFA-nın sabiq vitse-prezidenti 5 milyon dollar rüşvət almaqda ittiham olunur

FİFA-nın sabiq vitse-prezidenti 5 milyon dollar rüşvət almaqda ittiham olunur

ABŞ Ədliyyə Nazirliyi FİFA-nın İcraiyyə Komitəsinin üzvlərini rüşvət almaqda ittiham edib.

Mediainfo.az Apasport.az saytına istinadən xəbər verir ki, komitə üzvləri DÇ-2018 və DÇ-2022-nin meydan sahibinin seçilməsi zamanı müvafiq olaraq Rusiya ilə Qətərə səs verdiyi üçün rüşvət almaqda günahlandırılır.

İddia olunur ki, FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner DÇ-2018-lə bağlı Rusiyaya səs vermək üçün alınıb. Trinidad və Tobaqodan olan rəsmi ilə yanaşı, qvatemalalı Rafael Salqeroya da rüşvət təklif edilib.

DÇ-2022-nin Qətərə verildiyi səsvermədə Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyra, Cənubi Amerika Futbol Konfederasiyasının 2019-cu ildə vəfat edən paraqvaylı rəhbəri Nikolas Leos və adı çəkilməyən daha bir iştirakçı rüşvət alıb.

Uornerə 5 milyon dollar verilib. O, bu vəsaiti 2010-cu ilin noyabrından 2011-ci ilin aprelinədək 20 müxtəlif yerdən köçürmələrlə alıb. Ödənişlər Kipr, Britaniya Virciniya adalarında olan offşor şirkətlər vasitəsilə gerçəkləşib. Salqeroya 1 milyon dollar təklif olunub. Nazirliyin ittihamında sonuncuya bu məbləğin verilib-verilmədiyi göstərilməyib.

Həmçinin qeyd olunur ki, Uornerin köməkçisi 2010-cu ilin noyabrında elektron məktub alıb. Həmin sənəddə adı açıqlanmayan şəxs Uornerə razılaşmanı yerinə yetirməyi məsləhət görüb.

Qeyd edək ki, 2015-ci ildə Uornerin futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyulub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az