Serbiya hakimiyyəti koronavirus epidemiyasına görə Madriddə iki həftəlik karantinə əhəmiyyət verməyərək ölkəyə qayıdan "Real"ın hücumçusu Luka Yoviçin davranışını tənqid edib.
Bu barədə "Marca" xəbər verir.
"Təəssüf ki, bizim futbol ulduzlarımızın yol verdikləri mənfi nümunələr var. Onlar milyonlar qazanırlar və evə qayıdış üzrə özünü təcridetmə haqqında məcburi əmrlərə məhəl qoymurlar", - Serbiyanın baş naziri An Brnabiç deyib.
Serbiya prezidenti Aleksandr Vuçiç futbolçuya karantini pozacağı halda saxlanıla biləcəyi barədə xəbərdarlıq edib.
"Əgər mənzilindən çıxsa, onu həbs edəcəklər. Düşünürəm, etdiyi əməllə bağlı heyfsilənir, amma mən ona bizim vətəndaşlarımızın həyatının onun milyonlarından daha əhəmiyyətli olduğunu anladacam", - dövlət başçısı deyib.
Yoviç bildirib ki, Serbiyadakı ciddi karantin qaydaları haqqında məlumatsız olub. "Çox təəssüf ki, bəzi insanlar öz işlərini yerinə yetirmədilər və mənə karantin zamanı hərəkət etmək barədə düzgün təlimatlar vermədilər", - futbolçu deyib.
Yoviç karantin qaydalarını pozduğuna görə azarkeşlər qarşısında üzr istəyib. Daha əvvəl xarici KİV-də xəbər yayılıb ki, Yoviç koronavirus epidemiyasına görə Madriddə iki həftəlik karantin zərurətinə əhəmiyyət verməyərək ölkəyə qayıtmaq qərarı ilə Serbiya azarkeşlərini qəzəbləndirib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















