Martın 6-da Türkiyə Superliqasının XXV turunun birinci qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Ankaragücü"nü qəbul edib.
Mediainfo.az xəbər verir ki, "Vodafon Park" arenada keçirilən görüşə meydan sahibləri fəal başlayıb. Matçın 6-cı dəqiqəsində "Beşiktaş"ın hücumçusu Burak Yılmaz onbir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Görüşün 88-ci dəqiqəsində İstanbul təmsilçilərinin yarımmüdafiəçisi Adəm Lyayiç hesab arasındakı fərqi artırıb. Oyunun son dəqiqələrində paytaxt klubunun hücumçusu İlhan Parlak vurulan qollardan birinin əvəzini çıxsada komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Beləliklə, "Beşiktaş" doğma meydanda "Ankaragücü"nü 2:1 hesabla məğlub edib.
Bu oyundan başqa, turda "Yeni Malatyaspor"-"Konyaspor", "Qaziantep"-"Trabzonspor", "Göztəpə"-"Başakşəhər", "Fənərbağça"-"Dənizlispor", "Kasımpaşa"-" Kayserispor", "Rizəspor"-"Alanyaspor", "Sivasspor"-Qalatasaray" və "Gənclərbirliyi"-"Antalyaspor" matçları keçiriləcək.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 49 xalla "Başakşəhər" klubu liderlik edir. "Trabzonspor", "Qalatasaray" və "Sivasspor" klubları 48 xalla iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə "Beşiktaş" (43 xal), "Alanyaspor" (39 xal), "Fənərbağça" (39 xal) və digər komandalar gəlir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































