Azərbaycan şahmatçısı Teymur Rəcəbov iddiaçılar turnirində çıxışdan imtina edib.
Mediainfo.az Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, şahmatçı şəxsi səbəblərdən bu turnirdə iştirak etməyəcəyinə qərar verib. Şahmatçı bu barədə FIDE-ni xəbərdar edib.
Teymur Rəcəbovu turnirdə on iki ay ərzində ən yüksək orta reytinqə sahib olan fransalı şahmatçı Maksim Vaşe-Laqrav əvəz edəcək. Oyunçu artıq məlumatlandırılıb və turnirdə iştirak etməyə hazırdır.
Qeyd edək ki, Teymur Rəcəbov 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi olmaqla iddiaçılar turnirində iştirak hüququ da qazanmışdı.
İddiaçılar turnirində amerikalı Fabiano Karuana, Çinin iki təmsilçisi - Liren Dinq və Hao Yanq, rusiyalı şahmatçılar Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Kiril Alekseyenko, Niderland təmsilçisi Aniş Giri və fransalı Maksim Vaşe-Laqrav iştirak edəcəklər. Turnir martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















