Avstriyada təşkil olunan Karate1 Premyer Liqa turnirinin son günündə həlledici görüşlər keçirilib.
Azərbaycan karateçiləri Zalsburqdakı yarışda iki medal qazanıblar.
"Sporthalle Alpenstrasse" arenasında keçirilən turnirdə Rafiz Həsənov (67 kq) qızıl medala yiyələnib. O, finalda Luka Mareskaya (İtaliya) 3:1 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İrina Zaretska (68 kq) isə bürünc mükafat qazanıb. Milliləşən legioner üçüncülük mübarizəsində Linqlinq Tanqı (Çin) 4:0 hesabı ilə üstələyib.
Yarışın son günü mükafat görüşlərinə çıxan digər idmançılarımızdan Ayxan Mamayevlə (84 kq) Asiman Qurbanlı (+84 kq) bürünc medal şanslarını əldən veriblər. Ayxan Mamayev qazaxıstanlı Daniyar Yuldaşevə 3:5, Asiman Qurbanlı isə misirli Mahmud Tarekə 2:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















