Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinin növbəti cavab oyunu keçirilib.
Mediainfo.az xəbər verir ki, Türkiyənin bu turnirdə yeganə təmsilçisi "Başakşehir" klubu öz meydanında Portuqaliyanın "Sportinq" komandasını qəbul edib.
Səfərdə 3:1 hesabı ilə məğlub olan İstanbul təmsilçisi ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 31-ci dəqiqəsində Martin Şkrtel hesabı açıb - 1:0. Birinci hissənin başa çatmasında bir dəqiqə qalmış "Başakşehir" hesab arasındakı fərqi iki topa çatdırıb. Daniel Aleksiç adını tabloya yazdırıb - 2:0.
Qarşılaşmanın ikinci hissəsinin 68-ci dəqiqəsində qonaqlar qollardan birinin əvəzin çıxıb. Luçiano Vietto Markos Akunanın ötürməsini dəqiq zərbə ilə tamamlayıb - 2:1. Matçın 90-cı dəqiqəsində "Başakşehir" yenidən fərqlənib. Edin Vişca komandasının vacib qolunu vurub.
Ümumi hesab eyni olduğundan qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.
Artırılan ikinci hissənin 14-cü (119-cu) dəqiqəsində "Başakşehir" daha bir qol vurub. Hakimin təyin etdiyi 11-metirlik cərimə zərbəsini E.Vişca dəqiq yerinə yetirərək komandasına səkkizdəbir finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib - 4:1. Bu, oyunda sonuncu qol olub.
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

