Fevralın 25-də Azərbaycanın gənc atleti Rüstəm Məmmədov Belarusda keçirilən 20 yaşadək idmançılar arasında "Minsk U20 International Match" turnirində qızıl medal qazanıb.
Mediainfo.az-ın məlumatına görə, idmançımız üç təkanla tullanma növündə 15,83 metr nəticə göstərərək Azərbaycan bayrağını zirvələrə yüksəldib.
Turnirdə ölkəmizi Aleksey Əliəkbərov, Teymur Salahzadə, Vahid Kərimov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Aydın Bədəlov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edirlər.
İdmançılarımız turnirdə qaçış (60 m, 400 m, 1500 m), tullanma (üçtəkanla, hündürlüyə, uzunluğa) və nüvəitələmə yarışlarında öz qüvvələrini sınayırlar.
Qeyd edək ki, turnirdə atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi altında mübarizə aparırlar.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















