Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" beynəlxalq turnurində aktivinə daha üç medal yazdırıb.
Azərbaycan Cüdo Federasiyasından Mediainfo.az-a verilən məlumata görə, Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) isə bürünc medala sahib olub. Beləliklə Azərbaycan cüdoçuları Almaniya yarışını 4 medalla başa vurublar.
Xatırladaq ki, "Böyük Dəbilqə"nin ikinci günündə Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb. Milli komandamız medalların əyarına görə 115 ölkə arasında ümumi komanda hesabında 6-cı, qadınların yarışında 5-ci, kişilər arasında isə 4-cü yeri tutub. Düsseldorf turnirində 659 cüdoçu (392 kişi, 267 qadın) mübarizə aparıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















