Azərbaycan güləşçiləri İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında 13 medal qazanıblar. Qitə birinciliyinə 28 güləşçi ilə yollanan Azərbaycan millisi ümumilikdə 13 (iki qızıl, iki gümüş və doqquz bürünc) medal qazanıb.
Mediainfo.az xəbər verir ki, yarışın sonuncu günündə beş çəki dərəcəsində (61, 74, 86, 92, 125 kq) sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
Fevralın 16-da Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) komandamızın aktivinə bürünc medal yazdırıb. Bir gün əvvəl isə Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc mükafata sahib olublar. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini beş medalla başa vurub.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığma komandamızın üzvlərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanaraq Avropa çempionatında tarixi uğura imza atıblar. İki qızıl, dörd bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən millimiz 116 xalla komanda hesabında ikinci yeri tutub.
Qadın güləşi üzrə yığmamızın heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yerdə qərarlaşıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































