Əfsanəvi basketbolçu Kobi Brayant ölüb.
Apasport.az saytının məlumatına görə, Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşən amerikalı idmançı helikopter qəzasında həyatını itirib.
41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da qəzanın qurbanı olub. Helikopterin yerə çırpılması nəticəsində yanğın baş verdiyi bildirilir.
Qeyd edək ki, karyerasını 2016-cı ildə başa vuran K.Brayant karyerası ərzində yalnız bir klubda – "Los-Anceles Leykers"də oynayıb. 5 dəfə MBA çempionu olan basketbolçu yarışın tarixində ən çox xal toplayan 4-cü bombardirdir.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















