Britaniyanın "Metlok Taun" klubunun yarımmüdafiəçisi Cordan Sinnot kütləvi davada aldığı xəsarətlər nəticəsində ölüb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "The Sun" bildirib.
Qeyd edilir ki, 25 yaşlı futbolçu huşsuz vəziyyətdə aşkarlanıb. Polisin məlumatına görə, bundan əvvəl barlardan birində səkkiz kişi və bir qadının iştirak etdiyi dava olub. Sinnot kəllə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı kişi saxlanılıb. Cordan Sinnot icarə əsasında "Metlok Taun" klubunda çıxış edib. Klub İngiltərənin çempionatının səkkizinci divizionunun təmsilçisidir.
Futbolçunun ölümündən sonra komanda planlaşdırılmış matçı ləğv edib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















