Azərbaycanın iki yelkən idmançısı Türkiyədə medal qazanıb

Azərbaycanın iki yelkən idmançısı Türkiyədə medal qazanıb

Yelkən idmanı üzrə yeniyetmələr arasında Türkiyənin Bodrum şəhərində keçirilən beynəlxalq yarışda Azərbaycanın iki idmançısı medal qazanıb.

Mediainfo.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan, Türkiyə, Rusiya və Ukrayna yelkənçilərinin iştirakı ilə üç gün ərzində səkkiz yarış keçirilib.

Ayla Babayeva qadınlar qrupunda birinci, Murad İsmayıl kiçik yaş qrupunda ikinci yerə layiq görülüb.

Qeyd edək ki, bu yarış martda Türkiyədə təşkil olunacaq beynəlxalq yarışlara və İtaliyanın Qarda gölündə keçiriləcək dünya çempionatına, Portuqaliyada baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyırdı.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az