Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku ilə start verəcək.
Mediainfo.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, fevralın 15-16-da baş tutacaq turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Yarışlara ilkin qeydiyyat siyahısına əsasən artıq 27 ölkə iştirakını təsdiq edib. Yarışda təxminən 238 gimnastın mübarizə aparacağı gözlənilir.
Turnirdə iştirak edəcək gimnastların adları yanvarda bəlli olacaq.
İki gün davam edəcək yarışların ilk günündə təsnifat, ikinci günü isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.
Ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku yarışları da Olimpiadaya təsnifat xarakteri daşıyıb. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. 2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə dünya çempionatı təşkil ediləcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































