Azərbaycan idmançıları Ukraynanın Xarkov şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatında 15 medal qazanıblar.
Mediainfo.az xəbər verir ki, turnirdə şaolinin müxtəlif versiyaları üzrə keçirilən yarışlarda Elnur İsayev (25 kq), Arif Şıxızadə (55 kq), Murad Məmmədov, İsa Bayramov (hər ikisi 60 kq), Fərhad Abdilov, Tərlan Məmmədov, Toğrul Mikayılov, Ələsgər Hümbətzadə (hər dördü 65 kq), Cavid Güləliyev (75 kq), Ruslan Nəzərov (80 kq), Elçin Hüseynov (85 kq), Ruslan Məmmədhəsənov (90 kq) və Elsevər İsmayılov (90 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihad İbrahimov (60 kq) və İbrahim Talıbov (90 kq) isə finalda uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, dünya çempionatında 15 ölkədən 1200 idmançı çıxış edib. Ölkəmizi bu yarışda 50 idmançı təmsil edib. Milli komandamız medal sayına görə yarışda ikinci pillədə qərarlaşıb. Mundialda ən çox medal qazanan komanda isə Ukrayna millisi olub. Türkmənistan isə medal sayına görə üçüncü pillədə qərarlaşıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















