Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib.
Azərbaycan Həndbol Federasiyasından Mediainfo.az-a bildiriblər ki, maraqla gözlənilən "Azəryol" – "Qarabağ" görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb. Son ölkə çempionu mövsümə iddialı başlayan rəqiblə oyuna qələbə üçün çıxmışdı. Yüksək əzmkarlıq nümayiş etdirən "Azəryol" qarşıya qoyulan tapşırığı yerinə yetirib – 31:26.
Günün digər qarşılaşmasında isə "Azərsu" "İdman Akademiyası" komandasını sınağa çəkib. Kifayət qədər ciddi müqavimət göstərən "tələbələr" təcrübəli rəqibə asanlıqla təslim olmayıblar. "Azərsu" maraqlı mübarizənin sonunda cəmi 4 xal fərqi ilə qələbə qazanıb – 43:39.
Əsas rəqibi üzərində qələbə çalan "Azəryol" 14 xalla çempionatın artıq vahid lideridir. "Qarabağ" 12 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü yerdəki "Azərsu" xal sayını 6-ya yüksəldib. "İdman Akademiyası" komandasının hələ də xalı yoxdur.
Çempionatın 9-cu turunun oyunları dekabrın 18-də keçiriləcək. Həmin gün "Qarabağ" "Azərsu", "Azəryol" isə "İdman Akademiyası" ilə üz-üzə gələcək.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















