Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Şəhərsalma ixtisasında təhsil alan II kurs tələbəsi Məhəmmədəli Quliyev Dağıstanın Babayurd rayonunda keçirilən sərbəst güləş üzrə regionlararası beynəlxalq turnirdə iştirak edib.
Mediainfo.az-ın məlumatına görə, gənclər arasında təşkil edilən, hərbi və siyasi xadim Şeyx Sultan Mutanın xatirəsinə həsr olunan turnirdə BMU-nun tələbəsi, 65 kq çəki dərəcəsində I yeri tutub, diplom və qızıl medalla təltif olunub.
Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rusiya, Ermənistan və başqa ölkələrin gənclərinin təmsil olunduğu turnir iki gün davam edib, ümumilikdə beş yarış keçirilib. Erməni rəqibini 10:0 hesabı ilə məğlub edən Məhəmmədəli Quliyev finala vəsiqə qazanıb. Finalda isə rusiyalı rəqibinə 10:8 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, BMU tələbəsi indiyə qədər akrobatika idman növü, o cümlədən, sərbəst güləş üzrə isə müxtəlif yerli və beynəlxalq yarışların qalibi olub.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















