İspaniya La Liqasının XVI turunun "Atletik"lə ev oyunu "Betis"in hücumçusu Xoakin üçün əlamətdar olub.
Mediainfo.az xəbər verir ki, komandasının 3:2 hesabıyla qalib gəldiyi oyunda təcrübəli forvard İspaniya çempionatının tarixinə düşüb.
Belə ki, "Betis"in hər üç qolunun müəllifi olan Xoakin La Liqa tarixində het-trikə imza atan ən yaşlı futbolçuya çevrilib. O, buna 38 yaş, 140 günlüyündə nail olub.
Qeyd edək ki, Xoakin "Atletik"in qapısına matçın ilk 20 dəqiqəsində (2, 11 və 20) yol tapıb. Təcrübəli futbolçu indiyə qədər La Liqada 532 oyun keçirib, 74 qola, 54 məhsuldar ötürməyə imza atıb.
İspaniya La Liqasında əvvəlki rekord 37 yaşında het-trik etmiş Madrid "Real"ının əfsanəsi Alfredo Di Stefanoya aid idi.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















