İngiltərənin "The Daily Mirror" qəzeti yazır ki, UEFA prezidenti Aleksandr Çeferin UEFA-nın 2018/2019-cu il mövsümündə Avropa Liqasının finalını Bakıda keçirmək qərarını yenidən dəstəkləyib.
Mediainfo.az-ın xəbərinə görə, həlledici görüşdə "Çelsi" 4-1 hesabı ilə "Arsenal"ı məğlub edib.
İkinci qitə klub çempionatının həlledici oyunu üçün məsafədən və biletlərin qiymətlərindən şikayətlənən ingilis azarkeşlər oyunu Londonun "Uembli" stadionunda keçirməyi daha əlverişli hesab ediblər.
Ancaq UEFA rəhbəri bu fikirlə razılaşmır.
"Sizə bir şeyi deyim: finalda iki Azərbaycan komandası oynasa və matçın Londonda keçiriləcəyini söyləsək, heç kim şikayət etməz", - deyə o bildirib:
"Finalın İngiltərədə keçiriləcəyini söyləyə bilməzsiniz. İki ingilis komandasının qarşılaşacağını kim bilirdi?"
A.Çeferin xatırladıb ki, UEFA qərarı turnirin finalında kimin oynayacağı məlum olmamışdan çox əvvəl verib.
"Zenit" (Sankt-Peterburq, Rusiya) Avropa Liqasının qalibi oldu. Onlara Bakı məsafə baxımından Londondan daha yaxındır, amma finaldan bir ay əvvəl iki ingilis komandasının orada oynayacağını başa düşdük. Bunu necə dəyişərsiniz? Bu mümkün deyil. Mənə güvənin. Biz il yarım əvvəldən hazırlaşırıq", - deyib.
UEFA prezidenti müxtəlif ölkələri və Avropa xalqlarını ayrıseçkilik etməməyə çağırıb.
"Bundan əlavə, Azərbaycan xalqı (UEFA-nın qərarı ilə) çox qürurlu, çox xoşbəxt idi. İnsanların uzaq olduqları üçün buna layiq olmadığını necə qərəzlə düşünürsünüz? Bəyəm İngiltərə dünyanın mərkəzidir?", - deyə deyə o ritorik sual verib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































