Azərbaycan karateçiləri Madriddə Karate1 Premyer Liqa turnirlərində mövsümün son mərhələsini 2 medalla başa vurublar.
Azərbaycan Milli Karate Federasiyasından Mediainfo.az-a verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqasında İrina Zaretska (-68 kq) qızıl, Pənah Abdullayev (-84 kq) isə bürünc medal qazanıb. Nuranə Əliyevanın 3-cü yer uğrunda həlledici görüşdə çıxışı uğursuz alınıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. İspaniyada yarışda 89 ölkədən 737 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanıblar. Azərbaycan hakimləri Cahangir Babayev və Vüqar Kərimov da mötəbər yarışın final görüşlərinə etimad göstərilən referilər arasında yer alıblar.
Karate1 Premyer Liqasının Madrid mərhələsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar "Grand Winners" mükafatlarına layiq görülüblər. 2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) da var. Mükafatın təqdimatı isə 24-26 yanvar 2020-cil ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















