UEFA ölkə çempionlarının Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum olunacağına dair iddialara münasibət bildirib.
Mediainfo.az-ın məlumatına görə, bu barədə Avropa futbol qurumundan RİA “Novosti”yə açıqlama veriliib.
Təşkilat yayılan xəbərləri təkzib edib: "UEFA heç vaxt çempion olan komandaları seçmə oyunlar vasitəsilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünməyib".
Qeyd edək ki, daha öncə "The Times" nəşri UEFA-nın koronavirus pandemiyası ilə əlaqədar 2020/2021 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirdiyini yazıb.
Xatırladaq ki, Avropada Belarus çempionatından başqa bütün yarışlar koronavirus pandemiyasına görə dayandırılıb. UEFA mart ayında dayandırılan avrokubokları daxili çempionatlarla birlikdə tamamlamağı düşünür. UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 27-də olacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































