Lüksemburqda Beynəlxalq Gimnastika Federasiyasının dəstəyi ilə "Aurore cup 2019" Bədii Gimnastika üzrə Beynəlxalq Turnir keçirilib. Mediainfo.az xəbər verir ki, Lüksemburqla yanaşı, Almaniya, Macarıstan, Ukrayna və digər ölkələrdən 12 klubun iştirak etdiyi müxtəlif yaş kateqoriyalı 312 gimnastın qatıldığı yarışmada Azərbaycanı balaca gimnastımız – Mina Abbasova təmsil edib.
Bu mötəbər idman tədbirində də yeni proqramla iştirak edən gimnastımız topla ifasına görə ikinci yerə çıxaraq ümumi hesabda yarışın gümüş medalını qazanıb.
Həmişə olduğu kimi, Azərbaycan bayrağına bürünərək qazandığı mükafatını qəbul edən balaca gimnastımız sayca 38-ci medalını (14 qızıl, 20 gümüş, 4 bürünc) əldə edib.
Mina Abbasova indiyədək iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə hər kəsin diqqətini cəlb edib. O, beş yaşından başlayaraq Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Makusun rəhbərlik etdikləri "Rus RG Sport" klubunun üzvüdür. 10 yaşlı balaca gimnastımızının ən böyük arzusu ölkəmizi böyük miqyaslı dünya çempionatlarında və olimpiya oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.
Xatırladaq ki, bu ay ərzində artıq üçüncü böyük qələbəsini qazanan Mina Abbasova noyabrın 1-də Rumıniyanın Arad şəhərində keçirilən turnirində qızıl, ötən həftə isə Sloveniyanın Lyublyana şəhərindəki yarışmada bürünc medala sahib olub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















