Monteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kubokunda II turun oyunları keçirilib.
Mediainfo.az xəbər verir ki, kişilərin yarışında "Vüqar Həşimov" klubu Sloveniyanın "Maribor" komandasını 4,5:1,5 hesabı ilə məğlub edərək ikinci qələbəsini qazanıb.
Nicat Abbasovun çıxış etdiyi Avstriya "Rayka Rapid"i Şəhriyar Məmmədyarovun oynayacağı Şimali Makedoniya "Alkaloid"inə 1,5:4,5 hesabı ilə uduzub. Nicat birinci lövhədə qara fiqurlarla Dmitri Andreykinlə heç-heçə edib.
Nərgiz Umudovanın çıxış etdiyi Belçika "Eşikye Mözan"ı Lüksemburq "De Şprenqer"ini 3,5:2,5 hesabı ilə yenib. Umudova dördüncü lövhədə Mixael Hamesi məğlub edib.
Hazırda "Vüqar Həşimov" klubu 66 komanda arasında dörd xalla 12-ci sıradadır. Eyni xala malik "Alkaloid" 10-cu, iki xal toplamış "Eşikye Mözan" 36-cıdır.
Qadınların yarışında isə "Odlar Yurdu" turnirin gücünə görə üçüncü komandası sayılan Gürcüstanın "Nona" klubu ilə heç-heçə edib – 2:2. "Odlar Yurdu" hazırda 14 komanda arasında üç xalla dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, "Vüqar Həşimov" bu gün Rusiyanın "Primorski Distrikt", "Odlar Yurdu" isə Çexiyanın "Novı Bor" komandaları ilə qarşılaşacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















