16 yaşadək yeniyetmələr (U-16) arasında Ümumdünya Şahmat Olimpiadası gələn il Azərbaycanda keçirilə bilər.
Mediainfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Şahmat Federasiyası (AŞF) Beynəlxalq Şahmat Federasiyasına (FIDE) məktub yollayıb.
AŞF və Naxçıvan Şahmat Federasiyasının birgə müraciətində Naxçıvanın 2020-ci ildə mötəbər yarışa ev sahibliyi etmək istəyi bildirilib.
Bir müddət əvvəl FIDE və AŞF-nin vitse-prezidenti Mahir Məmmədovla AŞF-nin vitse-prezidenti Faiq Həsənov Naxçıvanda səfərdə olub. Səfər idman qurğuları, şahmat məktəbləri, eləcə də, infrastrukturla tanışlıq məqsədi daşıyıb. U-16 Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi üçün uyğun komplekslərə baxış keçirilib.
FIDE və AŞF-nin vitse-prezidenti Mahir Məmmədov yarışın Naxçıvanda yüksək səviyyədə keçirilməsinin mümkünlüyünü bildirib:
"Bir müddət əvvəl AŞF-nin vitse-prezidenti Faiq Həsənovla birgə Naxçıvanda olduq. Azərbaycanın bütün şəhərlərində şahmat çox sevilir. Naxçıvanda da şahmata xüsusi maraq və qayğı var.
Seymur Talıbov Naxçıvan Şahmat Federasiyasına rəhbər seçiləndən sonra kütləvilik artıb, maraq çoxalıb. Artıq ilkin nəticələr özünü göstərir. Naxçıvan təmsilçiləri beynəlxalq turnirlərdə iştirak edir, layiqincə mübarizə aparırlar. Bu yarışı yüksək səviyyədə təşkil etmək üçün bütün şərait var. FIDE müsbət cavab verəcəyi halda, bu məsələ ilə bağlı ətraflı danışmaq mümkün olacaq".
Qeyd edək ki, bu il Türkiyənin Çorum şəhərində keçirilən turnirdə U-16 Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Komandamız 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən, Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub.
Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































