İtaliyanın "Yuventus" klubunun futbolçusu Kristianu Ronaldu Çempionlar Liqasında daha bir rekorda şərik olub.
Mediainfo.az komanda.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu "Lokomotiv"lə Rusiya paytaxtı Moskvadakı matçda meydana çıxmaqla avrokuboklarda 174-cü oyununu keçirib.
Bununla da Ronaldu qitəmiqyaslı klub turnirlərində ən çox qarşılaşma keçirən sahə oyunçusu Paolo Maldiniyə çatıb. "Milan"ın sabiq müdafiəçisi də 174 avrokubok matçının iştirakçısı olub.
Matç sayında bu iki futbolçu yalnız qapıçı İker Kasilyasdan geri qalır. İspan qolkiperin hesabında 188 qarşılaşma var.
Qeyd edək ki, Ronaldu dörd klubun - "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus"un heyətində üç turnirdə oynayıb. O, Çempionlar Liqası, UEFA kuboku və UEFA Superkuboku həyəcanı yaşayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















