İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.
Mediainfo.az xəbər verir ki, 12 iyun-12 iyul tarixlərində keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində baş tutacaq.
Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılacaq.
Avro-2020-nin final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.
Bakı vaxtı ilə saat 21-də başlayacaq tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Avropa Futbol İttifaqının 60 illik yubileyi münasibətilə Avro-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası UEFA tərəfindən 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsinin İclasında isə 12 ev sahibi şəhər təsdiqlənib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































