Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayıb.
Mediainfo.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verib.
Əfqan Xaşalov son saniyələrdə üstünlüyü əldən verərək kubalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi həmyerlimizə təsəlliverici görüşə çıxmaq imkanı verib.
Mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb.
Davud İbrahimov debütdə çətinliklə də olsa, İsveçrə təmsilçisini üstələyib. ABŞ güləşçisiylə görüş də gərgin mübarizə şəraitində keçib. Yekunda İbrahimov minimal hesablı qələbəyə sevinib. Ancaq Davud 1/4 finalda Rusiya təmsilçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Davud təsəlliverici görüşə çıxacaq.
Abubakr Abakarov mundiala inamlı start verib. Titullu güləşçimiz ilk mərhələdə qırğız rəqibinə vaxtından əvvəl qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məyus edən Abakarov adını yarımfinala yazdırıb. Hindistan güləşçisinə də aman verməyən Abubakr finalda güləşmək hüququ qazanıb.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri bu gün keçiriləcək.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

