"Futbolçularımdan razı qaldım. Mahir Emreli zədədən yeni qayıdıb deyə tam formasında deyil. Yaxşı qol imkanları yaratdıq. Bizdə qolları təkcə hücumçular yox, müdafiəçi və yarımmüdafiəçilər də vura bilir".
Mediainfo.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.
"Qarabağ" bu gün UEFA Avropa Liqası çərçivəsində artıq cari mövsüm iki dəfə qarşılaşdığı APOEL ilə üz-üzə gəlib. Komanda yenə bu rəqibini Bakıda məğlub edə bilməyib - 2:2.
Qurban Qurbanov bu görüş barədə fikirlərini bildirib: "Nəticədən razıyam. Çünki ötən dəfə bu komandaya qarşı Bakıda yaxşı çıxış etsək də, sonda məğlub olmuşduq. Bu dəfə isə bir xal qazandıq. Hesabda geri düşəndə fasilədə futbolçulara dedim ki, bu oyunun ipini əldən vermək olmaz. Onlar da tapşırığıma əməl etdilər.
Rəqib çox kobud oynayırdı. Biz də səfərdə aqressiv oynamalıyıq. İndi bu komanda beş müdafiəçi ilə oynayır. Arxa xətdə boşluq olmasa da, Kiprdə rəqibdə boşluq tapmalıyıq.
Biz öz oyunçularımızı dəyərləndirməliyik. Rəşad Sadıqov bu komandaya lazımdır. Bir epizoda görə futbolçunu silmək olmaz. Yaxşı ki ilk qolda top Maksim Medvedevin kürəyinə dəyib girdi, Rəşadın yox. Yoxsa bunu da əldə bayraq tutacaqdılar. Məni də millidə olanda istefaya səsləyirdilər. Hamının fikrinə hörmətlə yanaşıram. Amma Rəşad Sadıqov bir səhvə görə hesabdan silinəsi futbolçu deyil".
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















