Bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Mediainfo.az-ın məlumatına görə, A, B və H qruplarında mübarizə aparan komandalar VII turun görüşlərinə çıxacaq.
Baş tutacaq yeddi qarşılaşmanın hamısı eyni vaxtda start götürəcək. A qrupunda iki matç təşkil olunacaq. Autsayderlər Bolqarıstanla Monteneqro sonuncuların meydanında üz-üzə gələcək.
Keçirdiyi dörd qarşılaşmada xal itirməyən İngiltərə isə final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunun üçün futbolun yaradıcıları ən yaxın izləyicisi Çexiyanı məğlub etməlidirlər. İstənilən hesablı qələbə İngiltərəni AVRO-2020-yə daşıyacaq.
B qrupunun lideri Ukrayna evdə Litva ilə görüşəcək. Meydan sahibləri autsayderlə görüşün favoritidir. Portuqaliya isə Lüksemburqu qəbul edəcək.
Qonşu Türkiyə yığması çox vacib qarşılaşmaya çıxacaq. H qrupunda mübarizə aparan "ay-ulduzlular" evdə Albaniyanı qəbul edəcəklər.
Qrupun digər iki iddialısı da bir-biri ilə qarşılaşacaq. Fransa rəqib meydanında İslandiya ilə görüşəcək. Autsayderlərin duelində isə Moldova Andorranın qonağı olacaq.
Qeyd edək ki, seçmə mərhələnin VII sabah başa çatacaq.
AVRO-2020-nin seçmə mərhələsi
VII tur
11 oktyabr
A qrupu
22:45. Monteneqro – Bolqarıstan
22:45. Çexiya – İngiltərə
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















