Braziliyada futbolda 56:0 hesabı qeydə alınıb

Braziliyada futbolda 56:0 hesabı qeydə alınıb

Braziliyada keçirilən qadın futbolçular arasında "Flamenqo" – "Qremino" oyunu tarixə düşüb.

Mediainfo.az-ın məlumatına görə, Rio ştatının çempionatında baş tutan oyunda ev sahibləri 56:0 hesabı ilə qalib gəlib.

Bu, Braziliya çempionatlarında ən böyük hesabdır. Ümumilikdə isə "Flamenqo"nun qələbəsi futbol tarixində rəsmən qeydə alınan ikinci ən böyük nəticə olub.

Mütləq rekord Madaqaskar çempionatına məxsusdur. 2002-ci ildə "Adema" "Lemirn"i 149:0 hesabı ilə məğlub edib.

"Flamenqo"ya qədər ikinci sırada Avstraliya yığması qərarlaşmışdı. 2001-ci ildə baş tutan görüşdə avstraliyalılar Amerika Samoasını 31:0 hesabı ilə yenib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az